Menyan ardıcıl 3-cü mövsüm
A Seriyasında 14-cü turun oyunları keçirilir. “Milan” “Frozinone”ni məğlub edib – 3:1.
Görüş “rossoneri”nin qapıçısı Mik Menyan üçün yaddaqalan olub. Belə ki, o, Kristian Pulişiçə məhsuldar ötürmə edib. Bununla da, fransalı “böyük beşlik”də son 3 mövsümün hər birində məhsuldar ötürmə etməyi bacaran yeganə qapıçı olub.