Mendi tibbi müayinədən keçdi
“Çelsi”nin qolkiperi Eduar Mendi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Onun ”Əl-Əhli”yə keçidi ilə bağlı razılıq əldə edilib.
Seneqallı qapıçı yeni klubunda tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına gedəcək. Mendinin “Əl-Əhli” ilə 3 illik müqavilə imzalayacağı daha əvvəl bildirilmişdi.