Mendi 14-ə çatdı
“Çelsi”nin qapıçısı Eduard Mendi Çempionlar Liqasındakı “quru” oyunlar seriyasını davam etdirir. Seneqallı sözügedən turnirin 1/8 final mərhələsinin ilk matçında “Lill”lə matçında da qapısını qola bağlayıb.
30 yaşlı qolkiper Avropanın ən nüfuzlu klub turnirində keçirdiyi 18 matçın 14-də qol buraxmayıb.
Onun Çempionlar Liqasında qapısını toxunulmaz saxladığı oyunlar 78 faiz təşkil edir. Bu da ən azı beş dəfə turnirə çıxan bütün qapıçılar arasında ən yaxşı göstəricidir.