“Memfis”in tarixində ikinci
NBA-da “Cənab qıfıl” mükafatının sahibi bəlli olub. “Memfis”in hücumçusu Caren Cekson müdafiədəki inamlı oyununa görə bu ada sahib çıxıb.
Onun orta göstəriciləri 3,0 blok və 1,0 topalmadır. Şəxsi müdafiə reytinqi 106,6-ya bərabər olan Cekson komandasına liqada arxa xətdəki effektlilikdə (110,7) 3-cü olmaqda kömək edib.
Cekson zədə üzündən mövsümdə 1787 dəqiqə meydanda olub. Buna baxmayaraq səsvermədə 391 xal yığan Caren “Memfis”in tarixinə bu mükafatı qazanan ikinci oyunçu kimi düşüb. 2013-cü ildə ən yaxşı müdafiəçi adına Mark Qazol layiq görülüb.