Medvedevlə Sinner Rotterdamda oynamayacaq
Dünya reytinqinin “Top-10”unda yer alan iki tennisçi Rotterdam turnirinə qatılmaqdan imtina edib. Bunlar ikinci raketka Daniil Medvedev və 10-cu tennisçi Yannik Sinnerdir.
Niderlanddakı yarış gələn həftə baş tutacaq. Medvedev Avstraliyadan qayıtdıqdan sonra tam hazır olmadığı üçün bu addımı atıb. İtaliyalı isə koronavirus səbəbindən turnirə yollanmayıb.
Artıq onları əvəz edəcək tennisçilər də bəllidir. Makkenzi Makdonald və Botik van de Zandşulp Rotterdam kortuna çıxacaq.