Medvedevdən ən ağır məğlubiyyət

Medvedevdən ən ağır məğlubiyyət

Dünyanın ikinci raketkası Daniil Medvedev “Rolan Qarros”la vidalaşıb. Rusiyalı tennisçi dördüncü mərhələdə mübarizəni dayandırıb.

Daniil Marin Çiliçə uduzub – 2:6, 3:6, 2:6. Bu, Medvedevin “Böyük dəbilqə” turnirlərində ən ağır məğlubiyyətidir.

Rusiyalı heç vaxt matç ərzində cəmi 7 qeym udmaqla kifayətlənməmişdi. O, iki dəfə oyun ərzində 8 qeymdə sevinib.

Qeyd edək ki, Daniil karyerasında 8-ci dəfə üç setdə məğlub olub.

ETOPAZ

Əvvəlki yazı

Pereyra yenidən “Mançester Yunayted”də

Növbəti yazı

“Leypsiq”in yarımmüdafiəçisi “Bavariya” yolunda