Medvedev ilk “3-lüy”ü tərk edəcək
Daniil Medvedev uğursuz çıxışını davam etdirir. O, ATP reytinqində ilk “3-lük”dəki yerini itirəcək.
Yeni siyahıda rusiyalı Parisdəki “Masters” finalı (600) və “ATP Finals”ın finalında (1000) uduzduğu üçün xal itkisi ilə üzləşəcək. Belə olan halda Stefanos Tsitsipas Parisdə üçüncü tura yüksəlməklə onu arxada qoyacaq.