Medvedev Cokoviçlə fərqi azaltdı
Kişi tennisçilərin reytinq cədvəli açıqlanıb. İlk “10-luq”da dəyişiklik olmayıb.
Birinci pillədə Novak Cokoviç qərarlaşıb. Onun ən yaxın izləyicisi Daniil Medvedev 1240 xallıq fərqi qapamaq üzdədir. Aralarındakı sadəcə 440 xal var. İlk “3-lüy”ü Aleksandr Zverev qapayıb.
ATP-nin reytinq siyahısında ilk “10-luq”:
1 (1). Novak Cokoviç (Serbiya) – 8875
2 (2). Daniil Medvedev (Rusiya) – 8435
3 (3). Aleksandr Zverev (Almaniya) – 7515
4 (4). Stefanos Çiçipas (Yunanıstan) – 6555
5 (5). Rafael Nadal (İspaniya) – 6515
6 (6). Matteo Berrettini (İtaliya) – 4928
7 (7). Andrey Rublev (Rusiya) – 4598
8 (8). Kasper Ruud (Norveç) – 3975
9 (9). Feliks Oje-Alyassim (Kanada) – 3883
10 (10). Yannik Sinner (İtaliya) – 3429