MDB Oyunları Azərbaycanda
III MDB Oyunları Azərbaycanda keçiriləcək. Bu qərar MDB-yə üzv ölkələrin Bədən Tərbiyəsi və İdman Şurasının növbədənkənar iclasında qəbul olunub.
Ölkəmizdəki yarış 2025-ci ildə təşkil olunacaq. 2023-cü ildə keçiriləcək II MDB Oyunları isə Belarusun payaxtı Minskdə baş tutacaq.
Qeyd edək ki, I MDB Oyunları 2021-ci il sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində keçirilib.