Mbappeyə təhdid
Fransanın “Lans” klubunun müdafiəçisi Fakundo Medina futbolçuya yaraşmayan açıqlaması ilə diqqət mərkəzinə düşüb. 23 yaşlı argentinalı həftə sonu PSJ ilə Liqa 1 matçında Kilian Mbappeni zədələməklə hədələyib.
Medina fransalı hücumçunu dayandırmaq üçün hətta ona xəsarət yetirməkdən çəkinməyəcəyini belə deyib: “Kiliana qarşı oynamaq müdafiəçi üçün çətin bir işdir. Ancaq onu dayandırmaq üçün zədələməkdən belə çəkinməyəcəm. Bu oyunun sonunda Mbappe meydanı təcili tibbi yardım maşını ilə tərk edə bilər”.