Mbappenin yeni müqaviləsi

Mbappenin yeni müqaviləsi

Kilian Mbappenin PSJ-dəki qazancı bəlli olub. Bu ilin yayında Paris klubu ilə yeni 3 illik müqavilə imzalayan ulduz futbolçu anlaşmaya görə, yarım milyard avrodan çox gəlir əldə edəcək.

24 yaşlı hücumçu imza pulu olaraq 180 milyon avro qazanıb. Fransızlar bu məbləği 3 dəfəyə ödəyib. Bundan başqa Mbappe hər il sadiqlik üçün əlavə pul alacaq.

O, ilk ilində 70 milyon, ikinci mövsümündə 80 milyon, müqavilənin sonuncu ilində isə 90 milyon avro büdcəsinə əlavə edəcək. Bütün bunların fonunda sözləşmədə performansla bağlı əlavə bonus maddəsi yoxdur.

Bir sözlə, Mbappe anlaşmasının sonuna qədər PSJ-də qalsa, maaşı ilə birlikdə 3 il ərzində ümumilikdə 630 milyon avro qazanacaq. Bu isə klubun büdcəsinin 1/4-dir.

ETOPAZ

Əvvəlki yazı

Qvardiola: “Haland eyni tempdə davam etsə, onu geridə qoyacaq”

Növbəti yazı

Günün kuponu – 25.10.2022