Mbappenin “Real” rekordu

Mbappenin “Real” rekordu

Kilian Mbappe “Real”ın tarixinə düşüb. Fransalı forvard debüt mövsümündə La Liqada ən çox qol vuran futbolçu olub.

“Malyorka” ilə görüşdə 28-ci dəfə fərqlənən Mbappe 1953/54 mövsümündə 27 dəfə fərqlənən əfsanəvi Alfredo Di Stefanonu arxada qoyub. İvan Samarano 1992/93, Kriştiano Ronaldo isə 2009/10 mövsümlərində 26 dəfə fərqləniblər.

Qeyd edək ki, Kilian klub tarixində debüt ilində 40 qol vuran ilk oyunçu ünvanına da sahib çıxıb.

ETOPAZ

Əvvəlki yazı

AFFA rəhbərliyi FIFA-nın konqresində

Növbəti yazı

Zirkze “İnter” yolunda