Mbappenin durumuna aydınlıq gəldi
PSJ-nin futbolçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib. Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye onun ciddi zədəsinin olmadığını açıqlayıb.
Mütəxəssis bildirib ki, Liqa1-in “Loryan”la matçında (2:1) zədə üzündən 85-ci dəqiqədə əvəzlənən Mbappenin durumu təhlükəli deyil: “Ciddi bir şey yoxdur. O, daim oynayır. Bu üzdən ən yaxşısı risk etməməkdir. Buna görə də narahatçılıq hiss edən kimi əvəzlənməsini istəmək yaxşıdır. Onu əvəzləməyə də bilərdik. Belə etsəydik, uzun müddətə sıradan çıxardı”.