Mbappenin durumuna aydınlıq gəldi
PSJ-nin hücumçusu Kilian Mbappenin zədəsi davam edir. Bildirilir ki, onun durumu ciddi deyil.
Forvard bu gün idman zalında məşq edəcək. Lakin məşqçilər korpusu onun sağlamlığını riskə atmaq istəmədiyindən o, “Lill”lə oyunu buraxacaq.
Xatırladaq ki, 25 yaşlı futbolçu Fransa kubokunun “Brest”lə matçında zədələnib.