Mbappenin durumu qeyri-müəyyəndir
Millətlər Liqasının matçları çərçivəsində Fransa Danimarka ilə qarşılaşıb. Son dünya çempionları görüşdə məğlub olub – 1:2.
Matçda Kilian Mbappe və Rafael Varan zədələnib. Yığmanın köməkçi məşqçisi Qi Stefan futbolçuların zədələri barədə məlumat verib.
“Kilianın dizində problem var. Dəqiq diaqnoz hələ ki qoyulmayıb. O, müayinə olunduqdan sonra bu dəqiqləşəcək. Rafaelin isə bud nahiyəsində əzələ problemi var. Varan ağrılar hiss edir”.