Mbappedən yeni rekord: İbrahimoviçi keçdi

Mbappedən yeni rekord: İbrahimoviçi keçdi

PSJ-nin futbolçusu Killian Mbappe Fransa Liqa1-də ayın futbolçusu seçilib. 22 yaşlı hücumçu avqustun ən yaxşı oyunçusu adına layiq görülüb.

Killian karyerasında 6-cı dəfə bu mükafata yiyələnib. O, bununla da Liqa1-in yeni rekorduna imza atıb.

Bunadək rekord Zlatan İbrahimoviçə məxsus idi. İsveçli forvard 5 dəfə ayın ən yaxşı futbolçusu seçilib.

ETOPAZ

Əvvəlki yazı

A seriyasında tamaşaçılarla bağlı məhdudiyyət götürüləcək

Növbəti yazı

Voznyatski vida matçı keçirəcək