Mbappedən rekord
PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la ilk oyununun taleyini həll edən qola imza atıb. Fransalı hücumçu qitənin ən nüfuzlu klub turnirində 32-ci dəfə fərqlənib.
O, bu göstəriciyə ən gənc yaşında çatan futbolçu olub. Kilian 23 yaş 1 aylığında Çempionlar Liqasında 32-ci dəfə rəqib qapısına yol tapıb.
O, Lionel Messinin rekordunu arxada qoyub. Argentinalı 32 qol səddini 23 yaş 8 aylığında fəth edib. Mbappeyə bunun üçün 52 matç lazım olub.
Qeyd edək ki, 1:0 hesablı qələbə qazanan PSJ martın 9-dakı cavab oyununda “Real”ın qonağı olacaq.