Mbappedən mütləq rekord

Mbappedən mütləq rekord

“Real”ın hücumçusu Kilian Mbappe Fransa yığmasının tarixinə düşüb. O, məhsuldarlıq baxımından millinin mütləq rekordçusu olub.

Millətlər Liqasının yarımfinalında İspaniyaya 4:5 hesabı ilə uduzan Fransanın heyətində Mbappe vurulan qollardan birinə imza atıb və bir ötürmə ilə yadda qalıb. O, yığmada 49 qol və 31 ötürmə məhsuldarlığını 80-ə yüksəlib. Kilian Tyerri Anrini (51 qol və 27 ötürmə) arxada qoyub. 

Qeyd edək ki, fransalı forvard 2024/2025 mövsümünə görə çempionatların ən sərrast futbolçusunda verilən “Qızıl buts” mükafatını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

İspaniya millisi finalda

Növbəti yazı

Yamaldan daha bir uğur