Mbappedən imtina
Fransa millisinin və PSJ-nin futbolçusunu heyətinə qatmaq istəyən klublardan biri mübarizədən çəkilib. “Liverpul” hücumçunun transferi fikrindən imtina edib.
İngiltərə klubu 24 yaşlı forvardı 2024-cü ilin yayında heyətinə qatmaq niyyətində deyil. Buna səbəb mümkün xərclərin həddən artıq çox olmasıdır.
Kilianı transfer etməyə əsas namizəd isə “Real”dır. İspaniyalılar onu yayda və ya bir il sonra heyətinə qatmaqda israrlıdır.
Qeyd edək ki, Mbappenin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.