Mbappe və Ramos Paredesi PSJ-də istəmir
PSJ-də komandadaxili durum hələ də qeyri-stabil olaraq qalır. Parislilərin futbolçuları hazırda icarə əsasında “Yuventus”da çıxış edən yarımmüdafiəçi Leandro Paredesin kluba qayıtmasına qarşıdırlar.
PSJ-nin müdafiəçisi Serxio Ramos aralarında baş verən münaqişədən sonra Paredesi komandada görmək istəmir. Ramosu bu məsələdə Kilian Mbappe tam dəstəkləyir – o, argentinalının davranışından razı deyil.