Mbappe üçün son təklif
PSJ Kilian Mbappeni komandada saxlamağa çalışır. Lakin futbolçu klubdan ayrılmaqda israrlıdır.
Parislilər ona son dəfə təklif göndərməyi planlaşdırır. Fransa təmsilçisi 24 yaşlı hücumçuya müqaviləni 2025-ci ilə qədər uzatmağı təklif edəcək.
Onun PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. Vəziyyət dəyişməsə, Mbappe qışda digər klublarla sərbəst danışıqlar apara biləcək.