Mbappe Ronaldonun uğurunu təkrarladı

Mbappe Ronaldonun uğurunu təkrarladı

“Real” La Liqanın 9-cu turunda “Xetafe” ilə qarşılaşıb. Görüş madridlilərin qələbəsi ilə nəticələnib.

Matçda yeganə qolun müəllifi Kilian Mbappe olub. Fransalı hücumçu ardıcıl 11-ci görüşdə həm klub, həm də yığma səviyyəsində qol vurub.

La Liqada mövsümün ilk 9 oyununda onun aktivində 10 qol var.

Mbappedən əvvəl bu göstəriciyə yalnız Kriştianu Ronaldo nail olub. Portuqaliyalı ulduz 2014/15 mövsümündə ilk 9 qarşılaşmada 17 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Mərakeş millisi dünya çempionu oldu

Növbəti yazı

Mançini “Nottingem”ə yollanmadı