Mbappe Ronaldonun rekordunu yenilədi
Kilan Mbappe Çempionlar Liqasında rekorda imza atıb. “Real”ın hücumçusu “Benfika” ilə oyunun (2:4) 30-cu dəqiqəsində hesabı açıb. Bu, onun cari mövsümdəki 12-ci qolu olub.
Fransalı futbolçu turnir tarixində pley-offa qədər 11-dən çox qol vuran ilk oyunçu olub. O, Kriştiano Ronaldonu (11 qol) qabaqlayıb, həm də bir oyun daha çox keçirib.












