Mbappe qoruyucu maskasını dəyişdi
Fransa millisinin hücumçusu Kilian Mbappenin zədəsi davam edir. O, qoruyucu üz maskasını dəyişib.
Bildirilir ki, yeni maska əvvəlkindən daha sıxdır. Forvard həmin maskada oynayarkən və məşq edərkən özünü narahat hiss edib. Çünki maska onun üzünə uyğun gəlməyib və hava keçirib. Mbappe 1/8 finalın Belçika ilə matçına yeni qoruyucu maska ilə çıxacaq.