Mbappe PSJ tarixinin bombardiri oldu
PSJ Liqa 1-in 26-cı turunda “Nant”la qarşılaşıb. Görüş parislilərin 4:2 hesablı qələbəsi ilə nəticələnib.
Qollardan birini Kilyan Mbappe vurub. O, bununla da klub tarixinin bombardiri olub. Futbolçunun aktivində 201 qol var.