Mbappe Platiniyə yaxınlaşdı
Kilian Mbappe Fransa millisində 39-cu qolunu vurub. 24 yaşlı hücumçu Cəbəllütariqlə görüşdə fərqlənib.
“Üçrənglilər” AVRO-2024-ün səfər matçında 3:0 hesablı qələbə qazanıb. Mbappe yığmasının bombardirləri siyahısında 5-cidir.
O, 4-cü olan Mişel Platinidən 2 top geri qalır.
Fransa millisinin rekordçusu Olivye Jirudur. O, 54 dəfə fərqlənib.