Mbappe özünə yeni agent tapmalıdır
PSJ-nin hücumçusu Kilian Mbappe daha bir problemlə üzləşib. O, özünə yeni agent tapmalı olacaq.
Futbolçunun anası, həm də forvardın təmsilçisi olan Faizə Lamari FİFA reqlamentində edilən son dəyişikliklərdən sonra lazımi lisenziyanın olmaması səbəbindən artıq agent kimi fəaliyyət göstərə bilmir. Qeyd olunur ki, Lamari FİFA platformasında qeydiyyatdan keçmiş agentlər siyahısında yoxdur. Faizə ən azı gələn ilin may ayına qədər vəsiqə ala bilməyəcək.