Mbappe Kavanini keçdi
PSJ-nin futbolçusu Kilian Mbappe daha bir rekord qırıb. Hücumu Liqa 1-in XXXI turunun “Lans”la görüşündə (3:1) fərqlənib.
O, Paris təmsilçisindəki qollarının sayını 139-a çatdırıb. Bununla da PSJ-nin Fransa çempionatında ən sərrast qolçusuna çevrilən 25 yaşlı forvard uruqvaylı Edinson Kavanini (138 qol) arxada qoyub.
Mbappe 2018-ci ildə “Monako”dan PSJ-yə 120 milyon avroya transfer edilib. Fransa millisinin kapitanı bu mövsüm 36 matçda 32 dəfə fərqlənməyi bacarıb.