Mbappe ayın futbolçusu seçildi
Kilian Mbappe ardıcıl ikinci dəfə La Liqada ayın ən yaxşı futbolçusu mükafatına layiq görülüb. Fransalı hücumçu oktyabr ayında keçirilən çempionat oyunlarının hər üçündə qol vurub.
“Real”ın forvardı bu mükafat uğrunda mübarizədə “Betis”dən Antoni, “Rayo Valyekano”dan Xorxe de Frutos, “Atletiko”dan Yan Oblak və “Barselona”dan Pedrini qabaqlayıb.
Xatırladaqki, Mbappe sentyabr ayında da ən yaxşı futbolçu seçilmişdi.












