“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Mbappe Anrinin rekordunu arxada qoydu
PSJ Liqa1-in 37-ci turunda “Monpelye”ni 4:0 hesabı ilə məğlub edib. Kilian Mbappe bu matçda 1 qol və 2 assistə imza atıb.
23 yaşlı fransalı ulduz bununla da cari mövsümdə klub və yığmada ümumilikdə 71 qolda pay sahibi olub. Mbappe 21-ci əsrdə fransalı futbolçular arasında yeni rekorda imza atıb.
Bunadək rekord Tyerri Anriyə məxsus idi. O, 2002/03 mövsümündə “qol+ötürmə” sistemi ilə 68 xal toplayıb.