Mbappe 80 milyondan imtina etdi
Kilian Mbappe PSJ-nin 80 milyon avroluq bonusundan imtina edib. 24 yaşlı hücumçu ona çatmalı olan bonusun bu hissəsini almamağa da razılaşıb.
PSJ onunla müqaviləni uzatmaq istəyir. Lakin Mbappe mövsümün sonunda başa çatacaq anlaşmanı yeniləməyin əleyhinədir.
Qeyd edək ki, Kilian cari çempionatda Liqa1-in 11 oyununda meydana çıxıb. O, 13 qola imza atıb.