Mbappe 45 milyonluq təklifi rədd etdi
Fransanın PSJ klubu futbolçusu Killian Mbappeni heyətində saxlamaq fikrindən əl çəkmir. Klub rəhbərliyi hücumçuya yeni müqavilə təklif edib.
Parislilər hücumçuya ildə 45 milyon avro maaş verməyə hazırdır. Lakin klubdan gedəcəyini qətiləşdirən Mbappe növbəti dəfə təklifi rədd edib.
Gələn ilin yayında başa çatacaq müqaviləsinin uzatmaq istəməyən forvard azad agent statusuna yiyələnmək niyyətidir. Fransalı ulduzun gələn yay “Real”a keçəcəyi gözlənilir.