Mbappe 3-cü pillədə
2024-cü ilin bütün rəsmi oyunlarında ən çox qol vuran futbolçular açıqlanıb. İFFHS-in cədvəlinə ən azı 15 qol vuranlar düşüb.
Siyahıda dünyanın 47 bombardiri yer alıb. Qətər millisi və “Əl Sədd”in hücumçusu Akram Afif 26 qolla hamını qabaqlayır.
“Sportinq”in isveçli hücumçusu Viktor Qyokereş də eyni sayda qol vursa da, 2-ci sırada qərarlaşıb. PSJ-nin fransalı ulduzu Kilian Mbappe liderlərdən üç qol geri qalır.
Qeyd edək ki, “Qalatasaray”ın bombardiri Mauro İkardi 15 qolla 40-cı yerdə qərarlaşıb.