Mbappe ən yaxşı adına layiq görüldü
Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinin ən yaxşı oyunçusu müəyyənləşib. Bu ada “Real”ın hücumçusu Kilian Mbappe layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Fransalı forvard azarkeşlər arasında keçirilən səsvermədə Vitinya(PSJ), Noah Lanq (PSV) və Orkun Kökçünü (“Benfika”) qabaqlayıb.