Mayno ”Napoli”nin hədəfində
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mayno ilə maraqlanır.
Neapol təmsilçisi qışda ingiltərəli futbolçunu icarəyə götürmək istəyir.
Əsas heyətə düşməkdə çətinlik çəkən 20 yaşlı oyunçu da bu keçidə isti baxır.
Qeyd edək ki, “Napoli” yaxın keçmişdə “Mançester Yunayted”dən Skott Maktominey və Rasmus Hoylundu heyətinə qatmışdı.












