“Mayami”nin istədiyi hücumçu
“Mayami”nin heyətinə qatmaq istədiyi basketbolçulardan biri bəlli olub. Klub rəhbərliyi Kelli Ubrenin xidmətində maraqlıdır.
Hücumçu “Hit” üçün alternativ variant sayılır. “Portlend”in ulduzu Damian Lillardın keçidi baş tutmasa, mayamililərin diqqəti Ubreyə yönələcək.
Florida təmsilçisi onu azad agent kimi sıralarına qata bilər. Ubre 2015-ci ilin draftında 15-ci nömrə ilə seçilib. Lakin ona yiyələnən “Atlanta” forvardı “Vaşinqton”la dəyişib.
Ubre paytaxt klubunda 4 mövsüm keçirib. 27 yaşlı oyunçu ötən mövsüm “Şarlott”da çıxış edib. O, 48 matçda orta hesabla 20,3 xal, 5,2 ribaund və 1,4 topalma ilə fərqlənib.