“Mayami”nin iki hədəfi
“Mayami” heyətinə iki yeni basketbolçu qatmaq niyyətindədir. “Hit” “Yuta”da çıxış edən Malik Bizli və Kelli Olinikin xidmətində maraqlıdır.
Bu oyunçuların əvəzinə Dankan Robinson, Kaleb Martin və bir neçə gənc oyunçu ilə draft piklərinin verilməsi nəzərdə tutulub. Olinik 2017-21-ci illərdə də “Mayami”nin formasını geyinib. O, cari mövsüm 12,2 xal, 5 ribaund, 3,3 ötürmə və 1,1 topalma ilə yadda qalıb. Bizli isə 13,7 xal və 3,5 ribaundla fərqlənib.