“Mayami”dən səfər qələbəsi
NBA-da final seriyasının ikinci oyunu keçirilib. “Denver” öz meydanında “Mayami”ni qəbul edib.
Qonaqlar matçın gedişində məğlub duruma düşsələr də, geridönüşə nail olublar. “Naqqets” görüş yenilgi ilə başa vurub – 108:111 (23:26, 34:25, 26:24, 25:36).
Nikola Yokiçin 41 xalı da denverlilərə kömək etməyib. Bununla da seriyada hesab bərabərləşib – 1:1.