“Mayami”dən rekord

“Mayami”dən rekord

“Mayami” klub rekordunu təkrarlayıb.  Bu, “İndiana” ilə görüşdə qeydə alınıb.

125:96 hesabı ilə qalib gələn “Hit”in basketbolçuları matç ərzində 22 üçxallıq atışdan hədəfə düşüblər. Bu, klub tarixində bir matçdakı ən çox uçxallıq atış rekordunun təkrarıdır. Dankan Robinsonla Tayler Hirro hərəyə 26 xal toplayıb. Üçxallıq atışların yarısı bu cütlüyün hesabındadır. Maks Strus 4, Qeyb Vinsent 3, Key Zi Okpala 2, Deueyna Dedmon və Yudonis Haslema 1 dəfə dəqiq olub.

ETOPAZ

Əvvəlki yazı

Alleqri Kapellonun göstəricisini təkrarladı

Növbəti yazı

Jaber koronavirusa yoluxdu