“Mayami”dən 3-cü qələbə
NBA-da Şərq konfransının final seriyasında 3-cü oyunu keçirilib. “Mayami” öz meydanında “Boston”la görüşüb.
Səfərdəki iki matçda da qalib gələn “Hit” doğma divarlar arasında da qələbə qazanıb. 128:102 hesabına sevinən Mayami təmsilçisi üstünlüyünü artırıb – 3:0. NBA-nın pley-offunda heç bir komanda ilk üç görüşdə uduzduqdan sonra seriyada qalib gəlməyib.