“Mayami”də yeni müqavilə
Hücumçu Kris Silvanın taleyinə aydınlıq gəlib. 25 yaşlı basketbolçu “Mayami”də qalacaq.
Klub rəhbərliyi onunla növbəti 10 günlük müqavilə imzalayıb. Bu, Krisin üçüncü belə anlaşmasıdır.
Qeyd edək ki, cari mövsümdə 7 matçda çıxan Silva orta hesabla 3,4 xal və 3,7 ribaunda imza atıb.