“Mayami”də yeni müqavilə
“Mayami” heyətinə yeni basketbolçu qatıb. Müdafiəçi Dryu Smitlə ikitərəfli müqavilə imzalanıb.
24 yaşlı oyunçunu heyətə qatmaq üçün Orlando Robinsonla yollar ayrılıb. Smit G-liqanın üç oyununda orta hesabla 17,7 xal və 7,7 ribaunda imza atıb. Robinson isə cari mövsüm “Mayami”də orta hesabla 7,0 xal və 4,5 ribaundla yadda qalıb.