“Mayami” və “Minnesota” pley-offda
NBA-da pley-in mərhələsi başa çatıb. Pley-offa son iki vəsiqənin sahibi bəlli olub.
“Mayami” “Çikaqo” ilə qarşılaşıb. Sonuncu hissə öncəsi hesabda geri olan “Hit” geridönüş edərək qalib gəlməyi bacarıb – 102:91 (29:21, 20:23, 18:24, 35:23).
Digər qarşılaşmada isə “Minnesota” sevinib. “Timbervolvs” “Oklahoma” ilə matçda böyük fərqlə qalib gəlib – 120:95 (24:23, 33:24, 38:31, 25:17).