“Mayami” Rozir və Riçardson planı

“Mayami” Rozir və Riçardson planı

“Mayami” heyətinə iki yeni basketbolçu qatmağı planlaşdırır. Klub rəhbərliyi “Şarlott”un oyunçusu Terri Rozir və “San-Antonio”nun müdafiəçisi Coş Riçardsonun xidmətində maraqlıdır.

“Hit” bir basketbolçusu ilə yollarını ayırmağın əleyhinə deyil. Mayami təmsilçisi Dankan Robinsonla vidalaşmağa da hazırdır.

Cari mövsüm komandanın hesabında 8 qələbə və 11 məğlubiyyət var. “Mayami” Şərq konfransında 12-ci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Niderland, Ekvador və İngiltərə üçün 1/8 final şansı

Növbəti yazı

“Çelsi” danışıqlara başladı