Maunta 2 müştəri
“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt komandadan ayrıla bilər. Onun xidmətində 2 klub maraqlıdır.
Orta xətt oyunçusu “zadəganlar”la yeni müqavilə ilə bağlı razılaşa bilmir. Futbolçunun hazırkı sözləşməsi 2024-cü ilin yayına kimi hesablanıb.
Onun xidmətində “Nyukasl” və “Liverpul” maraqlıdır. Premyer Liqa klubları yayda Maunta təklif göndərməyi planlaşdırır.