Maunta əvəzləyici
“Çelsi” Meyson Maunta əvəzləyici tapıb. London klubu yayda komandadan gedəcəyi gözlənilən yarımmüdafiəçinin yerinə Andres Pereyranı heyətinə qatmağı planlaşdırır.
2022-ci ilin yayında “Mançester Yunayted”dən ayrılan futbolçu hazırda “Fulhem”də çıxış edir. Pereyra təkcə “Çelsi” deyil, Premyer Liqanın digər klublarının da maraq dairəsindədir.
Qeyd edək ki, Maunt 2024-cü ildə başa çatacaq müqaviləsini uzatmaq istəmədiyi üçün onun yayda satılması planlaşdırılıb.