Matsen “Çelsi”də qaldı

Matsen “Çelsi”də qaldı

“Çelsi” futbolçusu Yan Matsenlə bağlı qərarını verib. Klub onunla müqaviləni uzadır.

Niderlandlı müdafiəçi 2025-ci ilədək İngiltərə klubunda forma geyinəcək. Bununla bağlı futbolçunun agenti ilə razılıq əldə olunub. Onun indiki müqaviləsinə əməkdaşlığın 2025-ci ilədək artırılması əlavə ediləcək. Bu, Matsenin yayda azad agent statusu almaması üçün atılan addımdır.

ETOPAZ

Əvvəlki yazı

İsko “Betis”də xoşbəxtdir

Növbəti yazı

Jezuşdan qeyri-adi rekord