Matis Tel “Bavariya”nın tarixinə düşdü
“Bavariya”nın hücumçusu Matis Tel klubun tarixinə düşüb. O, Almaniya kubokunun 1-ci turunun “Viktoriya” ilə oyununda (5:0) qol vurub.
Fransalı 17 yaş 126 günlüyündə fərqlənib. Forvard Münhen klubunun ən gənc qol vuran oyunçusu adına yiyələnib.