Matipdən vida
“Liverpul”un sabiq futbolçusu Joel Matip karyerasını başa vurub. Mərkəz müdafiəçisi 33 yaşında bu addımı atıb.
Kamerunlu futbolçunun İngiltərə klubu ilə müqaviləsi yayda başa çatıb. Həmin vaxtdan klubsuz qalan Matip vida qərarı verib.
Qeyd edək ki, Joel 2016-cı ildə “Şalke”dən “Liverpul”a keçib. O, 201 matçda 11 qol vurub.