Matiç “Yunayted”i tərk edəcək
“Mançester Yunayted”də daha bir ayrılıq baş verəcək. Yarımmüdafiəçi Nemanya Matiç yay transfer pəncərəsində klubu tərk edəcək.
33 yaşlı serbin “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2023-cü ilə qədər hesablanıb. Lakin klub müqavilənin sonuna qədər gözləməyi planlaşdırmır. Matiç yeni baş məşqçi gəldikdən sonra transfer siyahısına salınanlardan biri olacaq.